Okt 15, 2021 11:57 Asia/Baku
  • 'Terrorçular aktiv şəkildə Əfqanıstana göndərilir'

Rusiya prezidenti bögədə sabitsizlik yaratmaq məqsədilə terrorçuların aktiv şəkildə Əfqanıstana göndərildiyini söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin deyib ki, regionda sabitsizlik yaratmaq məqsədilə İraq və Suriyadan Əfqanıstana aktiv şəkildə terrorçular göndərilir.

Onun sözlərinə görə, İraqdan, Suriyadan Əfqanıstana hərbi əməliyyat təcrübəsi olan döyüşçülər Əfqanıstana cəlb olunur. Ona görə də istisna deyil ki, birbaşa genişlənmə başlayana qədər terrorçuların qonşu dövlətlərdə, o cümlədən MDB ölkələrində vəziyyəti destabilləşdirməyə çalışması mümkündür.

Putin deyib ki, onlar MDB ölkələrində sabitliyi pozmağa çalışa bilərlər, buna görə də sərhəddəki vəziyyəti daim nəzarətdə saxlamaq lazımdır. Bu baxımdan Əfqanıstan sərhədindəki vəziyyəti daim monitorinq etmək və silahlılara qarşı hazır olmaq və bunun üçün güc strukturlarının işini əlaqələndirmək, lazım gələrsə birgə xüsusi əməliyyatlar aparmaq vacibdir.

Rusiya Prezidenti həmçinin ABŞ -ın Əfqanıstana müdaxiləsini pisləyib. O qeyd edib ki, ABŞ-ın Əfqanıstanın daxili işlərinə müdaxiləsi bu ölkədə faciəyə səbəb oldu.  

Teqlər