Okt 18, 2021 21:21 Asia/Baku
  • Lavrov
    Lavrov

Rusiyanın xarici işlər naziri bu ölkənin NATO-dakı diplomatlarının qovulmasını tənqid edərək, deyib: "NATO-nun Moskvadakı informasiya bürosunun fəaliyyəti noyabrın 1-dən dayandırılacaq və NATO Belçika vasitəsi ilə bizimlə əlaqə saxlamalıdır".

SəhərAzəri-nin məlumatına əsasən,Rusiya nın Xarici işlər naziri Sergey Lavrov Şimali Atlantik Alyansı NATO-nun Moskvadakı büronun fəaliyyətinin Moskvanın tələbi ilə dayandırdığını bildirib. Büronun əməkdaşlarının akkreditasiyası 1 noyabrdan ləğv ediləcək

Lavrov keçirdiyi mətbuat konfransında deyib: "NATO bu təşkilatındakı rus diplomatların akkreditasiyasının ləğv edilməsinin səbəblərini açıqlamayıb. Rusiya və NATO arasında heç bir hərbi əlaqə yoxdur".

"Sputnik" xəbər agentliyinin məlumatına görə, Rusiya da noyabrın 1-dən NATO-dakı nümayəndəliyinin fəaliyyətini dayandıracaq və NATO Moskva ilə əlaqə saxlamaq üçün Rusiyanın Belçikadakı səfiri ilə əlaqə saxlamalıdır.

Teqlər