Okt 29, 2021 18:21 Asia/Baku
  • AB
    AB

Yüksək vəzifəli bir avropalı rəsmi Paris ilə London arasında balıqçılıq lisenziyası ilə bağlı çəkişmələrlə əlaqədar İngiltərədən ağıllı davranması və Fransa ilə əməkdaşlıq etməsini istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Daxili bazar məsələləri üzrə Avropa komissarı Tyerri Breton bildirib ki, Fransanın, breksitdən sonra İngiltərə ilə balıqçılıq lisenziyaları ilə bağlı mövqeyini tamamilə dərk edir.

Breton bu haqda belə deyib: Mən Fransanın mövqeyi və hiddətini tamamilə dərk edirəm. Avropa Komissiyası Parisi himayə edir və elə əvvəldən də belə olubdur.

Fransadan sualtı qayıqların satın alınması müqaviləsinin Kanberra tərəfindən ləqvi ilə nəticələnən/ İngiltərənin Hind okeanı və Sakit okean sahəsində ABŞ və Avstraliya ilə hərbi müahidəsi qalmaqalından sonra Parislə London arasındakı balıqçılıq böhranı da kəskinləşməkdədir.

 

Teqlər