Bayden: "İran qarşısında diplomatiya ən yaxşı strategiyadır"
https://azeri.sahartv.ir/news/dünya-i382705-bayden_İran_qarşısında_diplomatiya_ən_yaxşı_strategiyadır
ABŞ prezidenti Co Bayden üç Avropa ölkəsinin liderləri ilə görüşü ilə bağlı deyib ki, diplomatiya İran üçün ən yaxşı yoldur.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 01, 2021 10:56 Asia/Baku
  • Bayden
    Bayden

ABŞ prezidenti Co Bayden üç Avropa ölkəsinin liderləri ilə görüşü ilə bağlı deyib ki, diplomatiya İran üçün ən yaxşı yoldur.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ prezidenti G-20 sammitində çıxışı zamanı nüvə anlaşmasının canlandırılması ilə bağlı deyib: "O, İngiltərə, Almaniya və Fransa liderləri, İranın nüvə proqramının irəliləyişi ilə bağlı dörd tərəfli görüşdə razılığa gəliblər ki, "diplomatiya" İranla qarşılıqlı əlaqə qurmağın ən yaxşı yoludur".

Co Bayden, həmçinin ABŞ-ın İranın nüvə sazişindən çıxmasını keçmiş prezident Trampın "çox pis qərarları" ilə əlaqələndirib.

Trampın İrana qarşı maksimum təzyiq siyasətinin məğlubiyyətə uğramasından sonra Baydenin rəhbərlik etdiyi ABŞ-ın yeni administrasiyası Avstriyanın paytaxtı Vyanada danışıqlar yolu ilə ölkəsinin nüvə sazişinə qayıtmasına yol açmaq niyyətində olduğunu iddia edib.