Ətraf mühit fəalları Qlazqo sammitinin kənarında aksiya keçiriblər
Ətraf mühit fəalları Britaniyada keçirilən Qlazqo İqlim Sammitinin kənarında nümayiş keçirərək, dövlət başçılarını ciddi və təcili tədbirlər görmək üçün öhdəlik götürməyə çağırıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Qlazqo İqlim Sammitinin beşinci günü, yerli vaxtla cümə günü günorta saatlarında minlərlə gənc və ətraf mühit fəalları aksiya keçirərək, bir sıra şüarlar səsləndiriblər və sammitdə iştirak edən başçıları qlobal istiləşməni azaltmaq üçün real və mənalı dəyişikliklər yaratmağa çağırıblar.
İqlim fəalları bu aksiyada iqlim dəyişikliyi və qlobal istiləşmə böhranına diqqət yetirilməsinin vacibliyini vurğulayıblar.
Nümayişdə Fələstin tərəfdarları və sionist rejimin əleyhdarları da iştirak edirdilər, onlar Fələstin bayrağını dalğalandıraraq "İsrailə ölüm" şüarları səsləndiriblər.
Bu nümayişlər elə bir halda keçirilir ki, yüksək səviyyəli dünya liderləri, ekspertlər və ətraf mühit fəalları ilə birlikdə keçən bazar ertəsi günündən etibarən Britaniyanın Qlazqo şəhərində bir araya gəliblər və 26-cı İqlim Sammiti çərçivəsində qlobal istiləşmənin qarşısının alınması və iqlim dəyişikliyi ilə bağlı 2015-ci ildə əldə edilən Paris sazışının qüvvədə qalmasını müzakirə edirlər.