Noy 17, 2021 13:49 Asia/Baku
  • Co Bayden
    Co Bayden

Aparılmış son rəy sorğusunun nəticələrinə əsasən, amerikalıların altmış bir faizi Co Baydenin 2024-cü il prezident seçkilərinə yenidən namizəd olmasına qarşıdır.

SəhərAzəri-nin məlumatına əsasən, “Hill” vebsaytı və “HarrisX” müəssisəsi tərəfindən aparılmış son rəy sorğusunun nəticələrinə görə, Amerika prezident seçkilərində iştirak şəraitinə malik olanların əksər hissəsi bu qənaətdədir ki, Amerikanın hazırkı prezidetni Co Bayden 2024-cü il seçkilərinə namizəd olmaq yerinə, yolu başqa bir şəxs üçün açmalıdır.

Bunu respondentlərin altmış bir faizi deyib. Respondentlərin təkcə 24 faizi Baydenin gələcək seçkilərə namizəd olmasına dəstək veribdir. On beş faiz isə bildiribdir ki, hələ bu barədə qərara gəlməyibdir.

Teqlər