Pakistan prezidenti: "ABŞ-ın birtərəfli sanksiyaları regionun təhlükəsizliyini hədəfə alıb"
Pakistan prezidenti ABŞ-ın İran İslam Respublikasına qarşı məcburedici və birtərəfli hərəkətlərinə toxunaraq, deyib: "Birtərəfli sanksiyaların regionumuzun sülh və təhlükəsizliyi üçün ciddi nəticələri var".
SəhərAzəri-nin məlumatına əsasən, Arif Ələvi Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Toplantısında çıxışı zamanı hamımızın regionumuzda məcburi və birtərəfli sanksiyaların mənfi təsirlərinin şahidi olduğumuzu qeyd edərək, əlavə edib: "Aktivlərin dondurulması və bank məhdudiyyətlərinin tətbiqi insanların əzab-əziyyətlərini daha da artırır və regionda sülh, təhlükəsizlik və rifah üçün ciddi nəticələrə gətirib çıxarır".
O, İƏT ətrafındakı bölgələrin iqtisadi inteqrasiya və rifahın sürətli inkişafı üçün lazım olan bütün elementlərə malik olduğunu qeyd edərək, regionun zəngin resurslara, innovativ qüvvələrə, coğrafi yaxınlığa, ortaq mədəniyyət və irsə malik olduğunu bildirib.
Arif Ələvi Əfqanıstandakı vəziyyətə də toxunub və deyib: "Regional əlaqələrin açarı Əfqanıstanda sülhdən asılıdır".