Rusiya Türkiyənin vasitəçiliyini rədd etdi
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Ukraynanın daxilində olan problemlə bağlı Türkiyənin vasitəçiliyindən söhbət gedə bilməz.
SəhərAzəri-nin məlumatına əsasən,Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Türkiyə tərəfinin Donbass problem ilə bağlı Ukrayna ilə Rusiya arasında vasitəçilik etmək təklifinə kəskin qarşı çıxıb.
Zaxarova Donbass münaqişəsinin Ukraynanın daxili problemi olduğunü söyləyib:
“Rusiya bu münaqişədə tərəf deyil. Bu, Kiyevin Donbassla olan problemidir. Biz Rusiyanı bu münaqişədə tərəf kimi göstərmək cəhdlərinə imkan verməyəcəyik.
Mariya Zaxarova sonra deyib: Burada Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçiliyindən söhbət gedə bilməz.
Zaxarovanın fikrincə Ankara Kiyevi Donbassa qarşı aqressiv fəaliyyət planınından çəkindirə bilər.