Dek 02, 2021 12:59 Asia/Baku
  • Zuq Enerji
    Zuq Enerji

İngiltərənin daha bir enerji şirkəti müflis olmuş iqtisadi müəssisələr sırasına qoşulub.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərədə 25-ci enerji təchizatçısı şirkəti olan “Zuq Enerji” çərşənbə günü öz abunəçilərinə göndərdiyi email-də alternativ şirkətin təqdim edilməsi üçün İngiltərədə enerji paylama şirkətlərinin fəaliyyətinə nəzarət edən orqana müflis olduğunu elan etdiyini bildirib.

İngiltərədə qazın qiymətinin misli görünməmiş tərzdə artması, müştəriləri ilə uzunmüddətli müqavilələr bağlayan şirkətlərin öz öhdəliklərini yerinə yetirə bilməmələri və müflis olmalarına bais olub.

Qazın dünya bazarlarındakı qiymətinin artdığı son üç ayda İngiltərədə dörd milyona yaxın abunəçini enerji ilə təmin edən onlarla şirkət müflis olub.

İngiltərə medialarının bildirdiklərinə görə, bu ölkədə qazın qiymətinin nadir tərzdə artması və gəlirlərin azalması səbəbindən, ölkədəki yoxsul ailələrin bir çoxu ailə üzvlərini yetərincə qida ilə təmin etmək ilə evini qızdırmaq kimi iki variantdan birini seçməyə məcbur olubdur.

İngiltərədə bir araşdırma şirkətinin statistikasına görə, bu ölkədə qazın topdansatış qiyməti ötən 2020-ci il ilə müqayisədə təxminən 520 faiz artıbdır.

İngiltərə xalqı korona epidemiyası, yanacaq çatışmazlığı və inflyasiya göstəricisinin artması böhranları içində çətin günlər keçirir.

İngiltərədə mövcud vəziyyət və enerji bazarının gələcəyinin qaranlıq olması ictimai fikirdə böyük nigarançılığa və dəhşətə səbəb olub.

İngiltərə Leyboristlər Partiyası son zamanlar İngiltərə hökumətini bu böhranın yaradılmasında enerji nəhəngləri ilə əlbir olmaqda ittiham etdi.

 

Teqlər