Boris Conson bir təlxəkdir
Fransa prezidenti Emmanuel Makron İngiltərənin baş naziri Boris Consonu təlxək adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən,Fransa mediaları bildiriblər ki, Makron, 27 miqrantın La-Manş boğasında qərq olduğu gün İngiltərəni bir təlxək tərəfindən idarə olunan böyük bir ölkə adlandırıb.
Fransada çıxan «Le Kanar Anşene» adlı həftəlik satirik qəzetin bildirdiyinə görə, Makron deyibdir ki, İngiltərənin baş naziri bayağı bir şəxsin baxışlarına malikdir.
Fransa mediaları İngiltərə medialarına istinadla bildiriblər ki, Makronun sözləri Consonu hiddətləndirib.
Boris Consonun nazirlər kabinetinin üzvlərindən biri də bildiribdir ki, Makronun sözlərindən təəccüblənib və məyus olubdur.
Noyabrın 24-də La-Manş boğazından keçməklə Fransanın şimal sahillərindən İngiltərə ərazisinə çatmağa çalışan azı 27 miqrant onları aparan qayığın qərq olması nəticəsində bu boğazda həyatını itirdi.