Dek 04, 2021 10:35 Asia/Baku
  • Dünyanın 38 ölkəsində yeni

Ümumdünya Səhiyyə Təşkilatı dünyanın 38 ölkəsində yeni "omikron" ştammının aşkarlandığını, lakin bu günə qədər yeni variantdan heç bir ölüm faktının qeydə alınmadığını vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi xanım Maria Van Kerkxove keçirdiyi mətbuat konfransında deyib: "Bu orqan omikron ştammının sürətlə yayılmasının və artan yoluxma hallarının şahidi olub". 

O, əlavə edib: "Aydın görünür ki, virus effektiv şəkildə ötürülür. Lakin bunun delta ştammı ilə müqayisədə daha çox və ya daha az yoluxucu olduğunu bilmək lazımdır".

Van Kerkxove, delta variantının hələ də bütün dünyada dominant olduğunu qeyd edib. 

Ümumdünya Səhiyyə Təşkilatı rəsmisinin sözlərinə görə, Cənubi Afrikadan gələn ilkin məlumatlar göstərir ki, bir çox xəstələrdə yüngül simptomlar müşahidə olunur.

Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının baş alimi Soumya Svaminathan deyib: "İnsanlar yeni omicron ştammından panikaya düşməməlidirlər və peyvəndlərin dəyişdirilməsi zərurəti barədə fikir bildirmək hələ tezdir".

Teqlər