Avropa ölkələrində koronavirus tədbirlərinə etirazlar davam edir
Avstriya, Almaniya, Çexiya və İspaniya da daxil olmaqla bəzi Avropa ölkələrində koronavirus tədbirlərinə qarşı geniş aksiyalar keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, "Təsnim" xəbər agentliyinin məlumatına görə, Çex Respublikasının paytaxtı Praqa şəhərində minlərlə etirazçı küçələrə axışaraq, ölkələrində koronavirus tədbirlərinə və məcburi peyvəndə qarşı etiraz aksiyası keçiriblər.
İspaniyanın paytaxtı Barselonada da minlərlə insan koronavirus qaydalarına etiraz olaraq, küçələrə çıxıb. Mediaların məlumatına görə, aksiyalarda 3 minə yaxın insan iştirak edib.
Almaniyanın Ştutqart və Baden-Vürtemberq əyalətlərində də koronavirus tədbirlərinə qarşı etiraz aksiyaları keçirilib. Etirazçılarla polis arasında toqquşma baş verib.
Həmçinin, Avstriyada üç həftəlik karantin məhdudiyyətlərinin sona çatmasına baxmayaraq, geniş etiraz aksiyaları keçirilib.