100 nəfərin taleyi hələ də bəlli deyil
Amerikada qasırğa 88 nəfərin həyatına son qoymaqdan əlavə, bəzilərinin itkin düşmələrinə də səbəb olubdur. Belə ki, təkcə Kentukki ştatında yüz nəfərin taleyi barədə bir məlumat yoxdur.
SəhərAzəri-nin məlumatına əsasən, Amerikada qasırğanın bitdiyinə işarə edən «ABC Nyus» telekanalı bildirib ki, təkcə Kentukki ştatında 74 nəfərin ölümünün təsdiqlənməsilə çərşənbə axşamı gününün sonlarınadək axtarışların davam etdirilməsindən sonra hələ bu qasırğada itkin düşmüş yüz nəfərin taleyi barədə bir məlumat yoxdur.
Statistikanı verən Kentukki ştatının qubernatoru Endi Beşir qeyd edib ki, bu təbii hadisədə həyatını itirənlərdən səkkiz nəfər Mifild şəhərində yerləşən şamqayırma zavodunun işçilərindən olub. Qasırğa on min nəfərlik əhalisi olan bu şəhəri tamamilə bombalanmış bir şəhərə çeviribdir.
«ABC Nyus» sonra qeyd edibdir ki, qasırğa nəticəsində bir qrup insan da İllinoys, Tennessi, Missuri və Arkanzas ştatlarında həyatını itirib.
Təkcə on üç saat sürən qasırğa Amerikanın geniş bir ərazisini bürüyüb. Ötən bir əsrdə misli görünməmiş bir hadisə adlandırılan bu qasırğa İllinoys, Tennessi, Missisipi, Kentukki, İndiana, Missuri, Ohayo və Arkanzas ştatları da daxil olmaqla Amerikanın səkkiz ştatında böyük dağıntılar törədib. Belə ki, ABŞ mediaları qasırğanın baş verdiyi şəhər və rayonları «müharibədən çıxmış bölgələr»ə bənzədiblər.