Dek 16, 2021 15:24 Asia/Baku
  • Benetin ofisində istefa
    Benetin ofisində istefa

İbri dilli bir qəzet sionist rejimin baş nazirinin ofisində yüksək vəzifəli işçilərin qrup halında istefasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Qəzetdə dərc olunan məlumatda deyilir ki, sionist rejimin baş naziri Naftali Benetin ofisindəki yüksək vəzifəli işçilərdən üç qadın işçi öz istefa ərizəsini verib.

Qəzetin yazdığına görə, bu məsələ Benetin ofisindəki digər qadın işçilərin oxşar addım atmalarından sonra həyata keçir.

Belə bir halda, sionist rejimin baş nazirinin ofisi qeyd olunan istefaları şəxsi dəlillərlə əlaqələndirib, amma bu rejimin yüksək vəzifəli məsul şəxslərindən biri həmin istefaların dəlilni sərt iş mühiti adlandırıb və bildiribdir ki, bu mühit həmin işçilərlə Benetin müşaviri Şemrit Meir arasında ittihamlar mübadiləsi və höcətləşmələrlə nəticələnir.

Bu sionist qəzet Meirin, Naftali Benetin ofisindəki yüksək vəzifəli işçilərə qarşı zalımcasına qüdrət tətbiq etməyin kənarında, baş nazirlik ofisinin işləri, proqramları və fəaliyyətlərinin bir çoxuna geniş şəkildə müdaxilələrinə işarə və belə qeyd edib: Benetin ofisinin daxilində Meirin qüdrətinin güclənməsi Benetin hətta koalisiyada və sağ təmayüllü partiyadakı şəriki- Ayelet Şaked ilə böhranlı əlaqələrə gətirib çıxarıb.

Meir hazırda Benetin ofisində ən güclü şəxsiyyət kimi təqdim olunur. O, öz daxili və xarici nüfuzunu genişləndirib və bütün məsələlərə, hətta onun vəzifələri və ixtiyarları dairəsində olmayan işlərə də qarışır.

 

Teqlər