Dek 17, 2021 13:44 Asia/Baku
  • İran-Çin-Rusiya müzakirə forması çox faydalı olub

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi bildirib ki, Vyana müzakirələrində İran-Çin-Rusiya üçtərəfli müzakirə forması çox faydalı olub.

SəhərAzəri-nin məlumatına əsasən,Mixail Ulyanov öz tvitter səhifəsində yazıb ki, Rusiya, Çin və İran heyətləri cümə axşamı günü bir daha görüşüblər.

Vyana müzakirələrində Rusiyanı təmsil edən Ulyanov qeyd edib ki, Vyana müzakirələrində nüvə anlaşması barədə olan bu üçtərəfli forma çox faydalı olub.

Ulyanov həmçinin İran və Çinin baş müzakirəçilərilə üçtərəfli iclasdan sonra danışıqlar prosesini müsbət dəyərləndirib və Vyanada yerləşən Kuborq oteli qarşısında müxbirlərlə müsahibədə belə deyib: Bu qənaətdəyəm ki, müzakirələrdə irəliləyişlər olub. Ümid edirəm ki, qarşıdakı günlər ərzində daha dəqiq fikirlər irəli sürə biləcəyik, amma iş prosesi müsbətdir.

Teqlər