Dek 23, 2021 12:23 Asia/Baku
  •  Blinken
    Blinken

ABŞ-ın dövlət katibi Entoni Blinken və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Ukraynaya ehtimal olunan hər cür təcavüz haqda Rusiyaya xəbərdarlıq ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ dövlət departamenti bildirib ki, Blinken və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi özlərinin bugünkü söhbətlərində Amerika və Avropa Birliyinin həmkarlığının gücləndirilməsi və ortaq problemlərlə qarşılaşmaq üzrə qarşılıqlı iştiraka dair ardıcıl öhdəliklərinə təkid ediblər.

ABŞ dövlət departamenti əlavə edib: Onlar Ukraynanın suverenliyi və ərazi bütövlüyünü himayə üçün ahəngdar hərəkətə olan ehtiyacı vurğulayıblar.

Amerika dövlət departamentinin bildirdiyinə görə, Blinken və Borrel həmçinin Rusiyanın Ukraynaya ehtimal olunan hər cür hərbi təcavüzünün törədəcəyi nəticələrə təkid ediblər.

 

Teqlər