Dek 24, 2021 14:06 Asia/Baku
  • Tramp
    Tramp

ABŞ-ın keçmiş prezidenti ərizə təqdim etməklə Amerika ali məhkəməsindən bu ölkə konqresinin nümayəndələr palatasının seçilmiş komitəsinin konqresə hücum sənədlərinə əlçatanlığının qarşısını almasını istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Donald Tramp bu ərizədə iddia edibdir ki, nümayəndələr palatasının sənədlərə əlçatanlıq üzrə tələbi konqresin ixtiyarlarını aşır.

Altı yanvar hadisəsi barədə təhqiqat aparan ABŞ konqresinin nümayəndələr palatasının seçilmiş komitəsi son zamanlar Amerika milli arxivinin ofisindən Trampın Ağ Ev-dəki bütün keçmişini, o sıradan onun bütün telefon danışıqları, eləcə də ordu müşaviri ilə yazışmalarını bu komitəyə təhvil verməsini istəyib.

Yanvarın altısında Co Baydenin bu ölkənin prezident seçkilərindəki qələbəsinin yekun təsdiqi üçün ABŞ konqresinin birgə iclasının keçirildiyi bir halda, Trampın tərəfdarlarından bir qrupu konqres binasının içinə basqın etdi.

Bu basqın Trampın öz tərəfdarlarını ABŞ konqresinin qarşısına toplaşmağa çağırış etməsindən sonra baş verdi.

Basqın zamanı azı altı nəfər öldü, onlarla nəfər də yaralandı.

 

Teqlər