«Şimal Axını-2» Avropanın qazını təmin etməyə hazırdır
https://azeri.sahartv.ir/news/dünya-i384600-Şimal_axını_2_avropanın_qazını_təmin_etməyə_hazırdır
Rusiya prezidenti bu ölkənin yeni qaz boru kəmərinin Avropa Birliyinin qazını təmin etməyə hazır olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2021 08:53 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Rusiya prezidenti bu ölkənin yeni qaz boru kəmərinin Avropa Birliyinin qazını təmin etməyə hazır olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Dünən «Şimal Axını-2»-nin Avropaya qaz ixrac etməyə hazır olduğunu bildirən Vladimir Putin qeyd edib ki, bu məsələ Avropada enerji qiymətinin artmasının qarşısının alınmasına səbəb olacaq.

Rusiya prezidenti bu layihəni başa vurmaları münasibətilə Qazprom şirkətini və onun şəriklərini təbrik edib.

Soyuqların düşməsilə yanacağın təmin edilməsi Avropada ciddi bir problemə çevrilib.

Rusiyadan Avropaya qazın çatmaması xeyli sayda iqtisadi problem yaradır. Avropada ötən ilin yanvar ayından bəri altı yüz faizdən çox artan qazın qiyməti hazırda özünün ən yüksək səviyyəsindədir.

Bu problemlərə rəğmən, bəzi Avropa ölkələri qaz təmini prosesində problem törətməklə Moskvanı «Şimal Axını-2» layihəsindən siyasi bəhrələnmədə ittiham edirlər.