Bayden Putindən Ukrayna ilə gərginliyi azaltmasını istəyib
https://azeri.sahartv.ir/news/dünya-i384625-bayden_putindən_ukrayna_ilə_gərginliyi_azaltmasını_istəyib
Ağ Ev-in sözçüsü bildirib ki, ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putindən Ukrayna ilə gərginliyi azaltmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2021 09:59 Asia/Baku
  • Bayden
    Bayden

Ağ Ev-in sözçüsü bildirib ki, ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putindən Ukrayna ilə gərginliyi azaltmasını istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, Cen Psaki Baydenin Putinlə əlli dəqiqəlik telefon söhbəti barədə əlavə edib: Bayden vurğulayıb ki, əgər Rusiya Ukraynaya qarşı daha çox hücumlar təşkil edərsə, Amerika, onun müttəfiq və şərikləri buna qətiyyətlə cavab verəcəklər.

Ağ Ev-in sözçüsü bildirib ki, Bayden həmçinin gələn ilin əvvəllərindən ATƏT və NATO-Rusiya Şurasının «strateji sabitlik» üzrə ikitərəfli dialoqu ilə başlanacaq diplomatiyanı himayə edib.

Cen Psakinin sözlərinə görə. Bayden vurğulayıb ki, bu danışıqlarda əsaslı irəliləyiş yalnız gərginliyin azaldılması atmosferində əldə oluna bilər.

Bundan öncə Bayden və Putin dekabrın yeddisində bir-birilə virtual formada görüşüb, müxtəlif mövzular, o sıradan İran, eləcə də xüsusi olaraq, Ukrayna barədə söhbət etmişdilər.