Kanada xalqı hökumətin koronavirus bəhanəsi ilə vətəndaşlardan casusluq etməsindən qəzəblənib
https://azeri.sahartv.ir/news/dünya-i384657-kanada_xalqı_hökumətin_koronavirus_bəhanəsi_ilə_vətəndaşlardan_casusluq_etməsindən_qəzəblənib
Kanada hökumətinin karantin dövründə vətəndaşları izləmək üçün mobil telefonlarının məlumatlarından gizli şəkildə istifadə etməsinin ifşa olunması Kanada xalqını hiddətləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2022 14:26 Asia/Baku
  • Kanada xalqı hökumətin koronavirus bəhanəsi ilə vətəndaşlardan casusluq etməsindən qəzəblənib

Kanada hökumətinin karantin dövründə vətəndaşları izləmək üçün mobil telefonlarının məlumatlarından gizli şəkildə istifadə etməsinin ifşa olunması Kanada xalqını hiddətləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Kanadanın "National Post" qəzeti məlumat yayıb.

Məlumata əsasən, hökumət karantin müddətində vətəndaşların gediş-gəlişini izləmək üçün mobil telefonlarının məlumatlarından istifadə etdiyini etiraf edib.

Rəsmi Ottava həmçinin növbəti beş il ərzində insanların gediş-gəlişini izləməyi planlaşdırdığını açıqlayıb. Bu casusluq etirafı hökumətin vətəndaşlardan casusluq etmək üçün koronavirusla əlaqədar fövqəladə vəziyyətindən sui-istifadə etməsi ilə bağlı narahatlıqları artırıb.

"National Post" qəzeti bir ekspertə istinadən yazır ki, Koronavirus pandemiyası 11 sentyabr hadisələri ilə müqayisədə hökumətin xalq üzərində nəzarətini artırmaq üçün daha yaxşı bir vasitədir.