Yaponiya koronavirusa qarşı yeni vaksin hazırlayıb
Yan 03, 2022 13:18 Asia/Baku
Tokio Tibb Mərkəzinin alimləri orqanizmi Koronavirusun bütün ştammlarından qoruya bilən "Kohara" adlı yeni peyvənd hazırlayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, "Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, bu peyvənd cari milad ilində klinik sınaqlardan keçiriləcək.
Kohara peyvəndinin heç bir yan təsiri yoxdur və onun daşınması və saxlanılması üşün xüsusi bir vasitə və ya üsul tələb olunmur.
Bu peyvənd insanı ömür boyu koronavirus riskindən qoruya bilər.
Məlumata əsasən, Kohara peyvəndinin tərkibində çiçək xəstəliyinə qarşı peyvənd və COVID-19-a səbəb olan SARS-CoV-2 virusunun sünbül zülalından istifadə edilib.