Yan 07, 2022 11:34 Asia/Baku
  • Qazax prezidenti ölkədə sakitliyin yarandığını iddia edib-YENİLƏNİR

Qazaxıstan Prezidenti bildirib ki, respublikanın bütün bölgələrində konstitusiya quruluşu bərpa olunub.

SəhərAzəri-nin məlumatına əsasən, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib ki, hazırda vəziyyətə yerli hakimiyyət orqanları nəzarət edir.

Tokayev cümə günü səhər prezident administrasiyası rəhbərliyi, təhlükəsizlik şurası və təhlükəsizlik qüvvələrinin iştirakı ilə terrorla mübarizə qərargahının iclasını keçirib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, iclasda ölkədəki əməliyyat, antiterror əməliyyatının gedişi, regionlardakı vəziyyət müzakirə edilib.

Bununla belə Qazaxıstanın Almatı şəhərindən həyacanlı xəbərlər daxil olmaqda davam edir. Son məlumatlara görə ölkə üzrə internet yenidən kəsilib, şəhər küçələrində intensiv atəş səsləri və partlayışlar eşidilir. Qazaxıstan hakimiyyəti baş verənləri “terrorçu elementlərə qarşı xüsusi əməliyyat” kimi təqdim edir, lakin dinc nümayişçilərə qarşı atəş açılmasını əks etdirən görüntülər də var.

Qazaxıstandan daxil olan başqa məlumatda deyilir ki, Almatı şəhərində gecə əməliyyatı zamanı insanlar zirehli texnikalardan atəşə tutulub.

Hadisə şahidləri deyiblər ki, silahlı dəstələri məhv etmək üçün gecə saatlarında şəhərdə xüsusi əməliyyat keçirilib. Respublikanın Daxili İşlər Nazirliyi 26 yaraqlının məhv edildiyini, daha 18 nəfərin yaralandığını bildirib".

"TASS" isə xəbər verir ki, 3 minə yaxın şübhəli saxlanılıb.

Qeyd edək ki, Qazaxıstan prezidentinin müraciəti əsasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı KTMT ölkələrindən 3 minə yaxın xüsusi təyinatlı qüvvə artıq Qazaxıstandadır və qiyamçılara qarşı əməliyyatlarda iştirak edirlər. 

Təşkilatın baş katibi Stanislav Zas bəyan edib ki, KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələri silahlı dəstələrin hücumu zamanı silahdan istifadə etmək hüququna malikdir. "Bəli, bu halda silahdan istifadə olunacaq. Kollektiv sülhməramlı qüvvələrin hərbi qulluqçularının belə hüquqları var”, - deyə o, silahlı dəstələr sülhməramlı qüvvələrin qoruduğu obyektə hücum edərsə, nə baş verəcəyi ilə bağlı sualı cavablandırıb.

Teqlər