Qazaxıstan prezidenti atəş əmri verdi
Tokayev ruhlanıb, "güzəştə getməyəcəyəm" deyir
Qazaxıstan prezidenti silahlılara xəbərdarlıq edilmədən atəş açılmasına dair əmr verib.
SəhərAzəri-nin məlumatına əsasən, Qazaxıstan Prezidentı Kasım-Jomart Tokayev ölkə əhalisinə yenidən müraciət edib. Tokayev növbəti müraciətində hüquq mühaifəz orqanları əməkdarlarına qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmri verib.
O, həmçinin bildirib ki, ölkəsi bütün hüquqi vandalizm aktına qarşı sərt reaksiya verəcək.
Qazaxıstan prezidenti Almatı şəhərində baş verənlər barədə danışarkən qeyd edib ki, Almatıya 20 min quldur hücum edib: “Almatıda terrorçuların fəaliyyəti nəticəsində yüzlərlə mülki vətəndaş və hərbçi xəsarət alıb, həlak olub. Biz, həm yerli, həm də xarici silahlı və hazırlanmış quldurlarla qarşılaşmalı olduq. Məhz terrorçu-quldurlarla. Ona görə də onları məhv etmək lazımdır”.
Tokayev qeyd edib ki, Qazaxıstanda yaraqlılar silahı yerə qoymayıblar, onlara qarşı əməliyyat davam edir.