Yan 27, 2022 12:36 Asia/Baku
  • Normandiya qrupu
    Normandiya qrupu

Normandiya qrupuna daxil olan Ukrayna, Rusiya, Fransa və Almaniyanın nümayəndələri dünən Parisdə Ukrayna böhranı mehvərilə dördsaatlıq yığıncaq keçiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Yığıncaq səkkiz saat sürüb.

Rusiyanın Normandiya qrupundakı nümayəndəsi Dmitri Kozak müzakirələrdən sonra bildirib ki, Ukrayna, Fransa və Almaniya ilə müzakirələr davam edəcək.

Bu uzunmüddətli yığıncaqın keçirilməsilə bir zamanda NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, bu hərbi təşkilat Rusiyanın Şərqi Avropada təhlükəsizlik zəmanətləri barədəki təkliflərinə yazılı cavab verib.

ABŞ-ın dövlət katibi Entoni Blinken də bununla bağlı bildiribdir ki, Vaşinqton Rusiyanın təhlükəsizlik zəmanətlərinə dair təkliflərini yazılı surətdə cavablandırıb.

Ötən ilin dekabr ayında və Ukrayna üstündəki gərginliklərin artdığı zaman Rusiya xarici işlər nazirliyi təhlükəsizlik zəmanətləri təklifi ilə çıxış etdi və ABŞ və NATO-dan onları nəzərə almalarını istədi.

Moskva həmçinin bildirdi ki, təhlükəsizlik zəmanətlərinin imzalanması üçün yazılı bir cavab lazımdır.

 

Teqlər