Respublikaçılar Baydeni İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıblar
Respublikaçı senatorlar ABŞ prezidentinə məktub göndərərək onu İrana və İran neftini alanlara qarşı sanksiyaları sərtləşdirməyə çağırıblar.
SəhərAzəri-nin məlumatına əsasən, respublikaçı senator və nüvə anlaşmasının qatı tənqidçisi olan Tom Kotton digər doqquz respublikaçı senatorla birlikdə ABŞ prezidenti Co Baydenə məktub yazaraq, İranın neft satışlarının artmasını tənqid ediblər və İran neftini daşıyan neft tankerləri və bu nefti alanlara qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Kottonun başçılıq etdiyi respublikaçı senatorlar dünən dərc edilən Baydenə ünvanladıqları məktubda yazıblar: "İranın neft tankerlərinin sahibləri və Çindəki müştəriləri daha çox riskə gedirlər, çünki onlar sizin administrasiyanızın onları cinayətlərinə görə cəzalandırmaq üçün çox zəif və qətiyyətsiz olduğuna inanırlar".
"Barak Obama" və "Donald Tramp"ın prezidentliyi dövründə nüvə anlaşmasını məhv etmək üçün İranı ittiham etməyə davam edən bu respublikaçı senatorlar məktubun davamında iddia ediblər ki, hər gecikdirilmiş gün İrana nüvə silahı əldə etmək üçün daha çox vaxt verir.
Bu məktub elə bir halda göndərilib ki, Avstriyanın paytaxtı Vyanada İrana qarşı qanunsuz sanksiyaların aradan qaldırılması üçün aparılan danışıqların 8-ci raundu çərçivəsində İran ilə 4+1 qrupu ölkələri arasında məsləhətləşmələr davam edir.
Birləşmiş Ştatların 2018-ci ildə qeyri-qanuni olaraq, nüvə sazişindən çıxmasına baxmayaraq, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ötən çərşənbə axşamı Deyib: "Əvvəlki administrasiya bizi pis seçimlər qarşısında qoyub və maksimum təzyiq kampaniyası uğursuzluqla nəticələnib. Kampaniyanın vəd etdiklərinin tam əksi baş verib".