Yan 30, 2022 12:21 Asia/Baku
  • Patruşev: Rusiya müharibə istəmir

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib ki, onun ölkəsi müharibə istəmir, Qərbdə onu sırımağa çalışanlar isə öz qərəzli məqsədlərini həyata keçirirlər. 

SəhərAzəri-nin məlumatına əsasən, Patruşev qeyd edib: "Biz müharibə istəmirik. Və bizə heç də lazım deyil. Və bunu tətbiq edənlər, xüsusən də Qərbdən olanlar, öz eqoist uydurmalarının ardınca gedirlər", - deyə Patruşev jurnalistlərə bildirib.

Xatırladaq ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya aid edilən planlar rəsmi Moskva tərəfindən qəti şəkildə rədd edilir. Moskva heç kimi təhdid etmədiyni və bütün bu kimi bəyanatların Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunduğunu vurğulayır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir qədər əvvəl deyib ki, Rusiya Ukrayna ətrafında münaqişəli vəziyyət üçün heç bir bəhanə yaratmır. Onun sözlərinə görə, Rusiya istisna etmir ki, Ukrayna ətrafında Qərb tərəfindən qızışdırılan isteriya Kiyevin Donbasla bağlı Minsk razılaşmalarını sabotaj etmək xəttinin ört-basdır edilməsi məqsədini daşıyır.

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə isə, ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya isteriyası yalan və saxtakarlıqla doludur.

Bununla belə Rusiya prezidenti Vladimir Putin hökumətə Ukraynadan müstəqilliyini birtərəfli qaydada elan etmiş Luqansk və Donetsk “xalq respublikaları”nda yaşayan Rusiya vətəndaşlarına sosial yardım prosedurunu asanlaşdırmağı tapşırıb.

Luqansk və Donetsk “xalq respublikaları”nda yaşayan Rusiya vətəndaşları Rusiyada yaşayış sənədlərini təqdim etmədən “Dövlət Xidmətləri” portalı vasitəsilə sosial müavinət almaq üçün müraciət etmək hüququna malik ola bilərlər.

Bildirilib ki, hökumətə sosial müavinətlərin verilməsi qaydasının dəyişdirilməsi ilə bağlı təkliflər vermək də tapşırılıb.

Teqlər