Fev 05, 2022 17:29 Asia/Baku
  • Rus rəsmisi:

Rusiyanın Vaşinqtondakı səfiri bildirib ki, ABŞ Rusiyanı Ukraynaya hücum etmək planı hazırlamaqda ittiham edərək informasiya müharibəsinə başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Anatoli Antonov ABŞ-ın, Rusiyanın növbəti işğala haqq qazandırmaq üçün Ukrayna ərazisində təxribat hazırlaması barədə ittihamlarını əsassız adlandırıb və bu yalanın Rusiyaya qarşı informasiya müharibəsinin bir hissəsi olduğunu bildirib. 

Antonov əlavə edib: "Artıq bir neçə aydır ki, Vaşinqton Ukraynanın "Rusiya təcavüzü"nün qurbanına çevrilmək üzrə olduğu bəyanatları ilə bütün dünyanı narahat edir".

Rusiya səfiri vurğulayıb ki, onun ölkəsinin heç bir ölkəyə hücum etmək qərarı yoxdur və Moskvanın Ukrayna xalqı ilə yaxşı münasibətlərə ehtiyacı var.

Bundan əvvəl də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Rusiyanın Ukraynaya hücum etmək niyyətində olması ilə bağlı iddiasının illüziya olduğunu bildirib.

Teqlər