Fev 06, 2022 12:53 Asia/Baku
  • Etiraz şənbələri
    Etiraz şənbələri

Fransalı etirazçılar bu ölkənin paytaxtında keçirdikləri geniş aksiyada «Azadlıq, azadlıq!» və «Müqavimət!» şüarları veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, «Frans anlayn» tvitter qrupu öz tvitter səhifəsində yaydığı təsvirdə xəbər veribdir ki, kapitalizm quruluşunun müxalifləri və Fransa prezidenti Emmanuel Makronun siyasətlərinə etiraz edənlər şənbə günü otuzuncu həftə dalbadal Paris küçələrinə çıxıblar.

Vaksinasiya arayışının icbari olması dünən Fransa boyu keçirilmiş etirazların digər dəlillərindən biri olubdur.

Bütün dünyada ictimai hərəkatları və siyasi xəbərləri işıqlandıran «Anonim Situayen» tvitter qrupu öz tvitter hesabında bir təsvir yaymaqla bildiribdir ki, vaksinasiya arayışının icbari olmasına etiraz edənlər Fransanın səhiyyə naziri Olivye Veranı bu ölkənin qərbində yerləşən Sen-Nazer şəhərinə səfərdə küyə basıblar.

Teqlər