Fransa prezidenti Emanuel Makron:
“Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar”
Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsi ilə bağlı paylaşımında Frana diplomatlarına və əsgərlərinə öz təşəkkürünü bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Fransa prezidenti paylaşımında qeyd edib ki, saxlanılan 8 erməni Azərbaycan tərəfindən sərbəst buraxılaraq Bakıdan Yerevana yola salınıb: "Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar. Diplomatlarımıza, eləcə də bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. Biz irəli gedirik".
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də hadisə ilə bağlı paylaşım edərək, bunu Azərbaycan Prezidenti İlham Əliyev, Fransa dövlət başçısı Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyanın birgə görüşünün müsbət nəticəsinin daha bir işarəsi olduğunu bildirib.
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar da 8 erməni hərbçinin Ermənistana təhvil verməsini Aİ-nin səylrinin nəticəsi olaraq qiymətləndirib.
Avropa rəsmiləri və Fransa Prezidenti Ermənistanın azərbaycanlı mülki və hərbçilərin basdırıldığı kütləvi qəbiristanlıqların yeri barədə Azərbaycan tərəfinə məlumat verməli olduğuna heç toxunmayıblar.