Fev 13, 2022 21:19 Asia/Baku
  • Bayden
    Bayden

Əfqanıstanın aktivlərinin ABŞ tərəfindən dondurulması Vaşinqtonun keçmiş rəsmiləri və müttəfiqlərinin etirazlarına səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika prezidenti Co Bayden cümə günü bir fərmanda Əfqanıstanın dondurulmuş maliyyələrinin yarısından çoxundan on bir sentyabr hücumlarında ölənlərin ailələrinə kompensasiyanın ödənişi üçün istifadə edilməsi barədə göstəriş verdi.

Əfqanıstanın keçmiş xarici işlər naziri Rəngin Dadfər Sepenta Əfqanıstanın aktivlərinin ABŞ tərəfindən müsadirə olunmasına reaksiyada bir tvittdə yazıb: Bəzən Amerika hökumətini Əfqanıstanın “dostu və müttəfiqi” hesab etdiyimizə görə, ölkəmin xalqı və tarixi qarşısında günah hissi keçirirəm.

ABŞ konqresinin üzvü İlhan Ömər isə belə deyib: Təyyarəni qaçıranlar arasında heç bir Əfqanıstan vətəndaşı yox idi. Bununla belə, biz on bir sentyabr terrorçuları ilə birbaşa əlaqəyə malik olan Ərəbistan və Misir hökumətlərinə milyardlarla dollar veririk.

Teqlər