Rusiya Qərbi saxtakarlıqda ittiham edir
ABŞ və Britaniyanın hərəkətləri ən təmiz formada müharibə təbliğatıdır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ABŞ və Britaniyanın hərəkətləri ən təmiz formada müharibə təbliğatıdır.
SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova deyib: "Bu təbliğat Baş Assambleyada qəbul edilmiş Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktla qadağandır. 20-ci sənədin birinci bəndinin maddəsində deyilir: “Bütün müharibə təbliğatı qanunla qadağan edilməlidir”.
O qeyd edib ki, soyuq müharibə dövründə qəbul edilmiş paktın vəzifəsi yalnız insan hüquqlarını qorumaq deyil, həm də bəşəriyyəti NATO ölkələrinin hərbi ritorikasının itələdiyi uçurumdan uzaqlaşdırmaq idi:
"Birləşmiş Ştatlar və Britaniya yarım əsrdir ki, saxladıqları vasitəni zibilxanalarından çıxarıblar. CNN, "Blumberq", Britaniya tabloidləri, media holdinqləri vasitəsilə idarə olunan isteriyaya dəstək verirlər. Öz ölkələrində ictimai rəyə təsir göstərirlər", - deyə Mariya Zaxarova vurğulayıb.