Moskva: Rusiyaya qarşı sanksiyalar ABŞ və Qərbin ziyanınadır
-
Anatoli Antonov
Rusiyanın ABŞ-dakı səfiri Moskvaya qarşı sanksiyaları ABŞ və Qərbin sadə vətəndaşlarının zərərinə hesab edib.
SəhərAzəri-nin məlumatına əsasən, Birləşmiş ştatlar Ukraynadakı hadisələr və Rusiyanın Donetsk və Luqanskın müstəqilliyini tanımasına görə, Moskvaya qarşı ilk sanksiyalarını açıqlayıb.
"Sputnik"in məlumatına görə, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtonun bu hərəkətinə reaksiyada deyib: "Bizə qarşı tətbiq edilən sanksiyaların maliyyə və enerji bazarlarına ciddi zərbə vuracağı şübhəsizdir və ABŞ-da bu məsələdən amanda qalmayacaq və adi vətəndaşlar qiymət artımının bütün nəticələrini hiss edəcəklər".
ABŞ Maliyyə Nazirliyinin sanksiyaları Rusiya banklarını və bir sıra Rusiya rəsmilərini hədəf alıb. Rusiyanın İnkişaf və Xarici İqtisadi Əlaqələr Bankı "Vonche Econombank" və "Promsvyaz Bank"ı Rusiyanın dövlət və müdafiə büdcələrinin maliyyələşdirilməsində mühüm rol oynadığı iddiası ilə ABŞ-ın sanksiya siyahısına salınıb.
ABŞ Maliyyə Nazirliyi üç rusiyalı biznesmen və onların ailə üzvlərinin adlarını açıqlayıb və onları sanksiyalar siyahısına daxil edib.
Nazirlik embarqo qoyulan şəxslərin Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə aid olduğunu iddia edib.
Rusiyanın ABŞ-dakı səfiri Vaşinqtona xəbərdarlıq edib ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi heç bir problemi həll etməyəcək.
Antonov deyib: "Vaşinqtonda Rusiyanın sanksiyaları sərtləşdirməklə xarici siyasətini dəyişəcəyinə ümid edən kimsənin olmasını təsəvvür etmək çətindir".
O, əlavə edib: "Bir günü belə xatırlamıram ki, ölkəmiz Qərbin qoyduğu məhdudiyyətlər olmadan yaşamış olsun. Biz belə şəraitdə işləməyi təkcə yaşamaq üçün deyil, həm də ölkəmizi inkişaf etdirmək üçün öyrənmişik".