Fev 24, 2022 11:14 Asia/Baku
  • Əmir-Abdullahian
    Əmir-Abdullahian

Əmir-Abdullahian öz ingilis həmkarı ilə telefon danışığında Vyanada anlaşmaya çatmanın qərbli tərəflər vasitəsilə şücaətli və real siyasi qərarın çıxarılması üçün ciddi iradə tələb etdiyini bildirib və üç Avropa ölkəsinin konstruktiv rol oynayacağına ümidvarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və İngiltərənin xarici işlər naziri Elizabet Trass bir telefon söhbətində Vyanadakı cari müzakirələr daxil olmaqla iki tərəfi təlaşlandıran bəzi məsələlər barədə məşəvərət ediblər.

İran İslam Respublikasının xarici işlər naziri Vyanada sanksiyaların aradan qaldırılması müzakirələrə, həmçinin Münhendə öz alman həmkarı və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə danışıqlarına toxunub: Bu danışıqlarda yaxşı irəliləyişlərə çatdıq və Vyanadakı müzakirə heyətləri yaxşı bir anlaşmaya nail olmağa çalışırlar. Eyni zamanda, anlaşmaya nail olmağın sürətləndirilməsi,/ stabil bir anlaşmaya çatmaq istiqamətində sanksiyaların həqiqi şəkildə ləğvi xüsusiyyət təşkil etməklə, İranın maraqlarının təmini və ona zəmanət üçün qərbli tərəflər vasitəsilə şücaətli və realist siyasi qərarın çıxarılması kimi ciddi iradə tələb edir.

İran İslam Respublikasının diplomatiya aparatının başçısı ümidvarlıq edib ki, müzakirələrdə iştirak edən Avropa ölkələri realist baxışla anlaşmaya çatmaq sahəsində öz konstruktiv və qənaətbəxş rollarını ifa edəcəklər.

İngiltərənin xarici işlər naziri Elizabet Trass da bu telefon danışığında İrana borc probleminin həlli üzrə danışıqları və son ikitərəfli mütənasib vəziyyəti nəzərdən keçirməklə bu məsələ və Vyana müzakirələri barədə Londonun nöqteyi-nəzərlərini şərh edib.

İngiltərənin xarici işlər naziri İngiltərə ilə İran İslam Respublikası arasında inkişaf etməkdə olan əlaqələrin iki ölkənin maraqlarını təmin etdiyini bildirib.

Liz Trass əlavə edib: Müzakirələr gedişində indiyədək yaxşı nailiyyətlərimiz olub, amma müzakirələrin tez bir zamanda təkmilləşdirilməsi və tərəfləri razı salan nəticəyə nail olmağımız münasib olardı.

 

Teqlər