Ukraynada müharibə geniş miqyas alır
Rusiya ordusu Xarkova daxil oldu
Rusiya Müdafiə Nazirliyi bu ölkə qoşunlarının cəbhədə üstünlük qazandığını iddia edir.
SəhərAzəri-nin məlumatına əsasən, nazirliyin yeni açıqlamasında deyilir ki, Ukrayna ordusu silah-sursatlarını ataraq, kütləvi şəkildə öz mövqelərindən geri çəkilir.
Ukrayna Dövlət Sərhəd Xidməti isə öz məlumatında iddia edib ki, Rusiya qoşunlarının Çerniqov, Sumı, Luqansk, Xarkov vilayətlərində dövlət sərhədini pozduğunu bildirib.
Donetsk separatçılarının rəsmisi Eduard Basurin də deyib ki, "Azov" bölməsi Ukraynanın Mariupol şəhərini mühasirəyə alıb.
Vəziyyətin gərginləşməsi fonunda Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Çanaqqala boğazının bağlanmasını Ankaradan xahiş edib.
“Rusiyaya sanksiya tətbiq olunmasını istəyirik. Buradakı Rusiya səhmlərinin müsadirəsini tələb edirik”, - deyə diplomat bildirib.
Başqa bir məlumata görə, Ukrayna Ordusunun Ali Baş Komandanı, Prezident Vladimir Zelenski orduya işğalçıya maksimum itki verməsi üçün ağır zərbələr endirməyi əmr edib.