Fev 25, 2022 14:23 Asia/Baku
  • Rusiya ordusu Kiyevin yaxınlığındadır

Ukrayna Prezidentinin ofis rəhbərinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə Kiyev üzərində böyük təhlükənin olduğunu deyib.

SəhərAzəri-nin məlumatına əsasən,Aleksey Arestoviç, Rusiya Ordusunun Kiyevin yaxınlığında yerləşən Qostomel, Vorzel və Buşe istiqamətində irəlilədiyini açıqlayıb.

Arestoviç Kiyev sakinlərini yerli ərazi batalyonlarına yazılmağa səsləyib.

O, Ukrayna Ordusunun Xarkov istiqamətində təmas xəttini stabilləşdirdiyini, Melitopol və Xerson şəhərləri uğrunda döyüşlərin getdiyini xatırladıb.

 

 

Teqlər