Ukrayna hökuməti digər ölkələrin göstərişlərini icra edir
-
Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Qərbin rus medialarına qarşı hərəkətlərinə cavab vermək, Rusiyanın haqqıdır. Vladimir Putinin planına əsaslanan Ukraynadakı hərbi əməliyyatlar mülkilər üçün təhlükə sayılmır. Biz Ukraynadakı beynəlxalq təşkilatların işçilərini himayə etmək üçün əlimizdən gələni edəcəyik.
SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova bildirib ki, Ukraynanın hazırkı siyasi sistemi siyasətdən ölkəsinin xalqına xidmət üçün istifadə etmir.
O, əlavə edib: Ukrayna hökuməti digər ölkələrin göstərişlərini icra edir və bu, Ukrayna xalqının xeyrinə deyil. Onlar son illərdə Rusiya ilə xeyli sayda həmkarlıq müqaviləsini dayandırıblar.
Zaxarova söyləyib: Kiyevdəki siyasi nümayəndəliklər son illər daima ekstremist millətçilərin mühasirəsində olublar
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra belə söyləyib: Rusiya və Ukrayna xalqları arasında dostcasına əlaqələrin bərpasına əminik. Bu əlaqələr Kiyevdəki hökumətin siyasətindən qat-qat güclüdür.