Fev 27, 2022 12:22 Asia/Baku
  • Rusiya virtual medianı itirmək üzrədir

“Google” korporasiyası Rusiyada dövlət mediasının bu proqramda fəaliyyətini dayandırmaq qərarına gəlib.

SəhərAzəri-nin məlumatına əsasən, şirkət Rusiya dövləti tərəfindən maliyyələşdirilən KİV-lərə öz xidmətlərinin reklamını müvəqqəti olaraq qadağan etdiyini bildirib.

Bundan əvvəl yutub videohostinqi Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində keçirdiyi xüsusi hərbi əməliyyatla əlaqədar bu ölkənin bir sıra kanallarının girişini əngəllədiyini təsdiqləyib.

Rusiya mediasının girişi feysbuk və instaqram sosial şəbəkələrinin sahibi olan Meta tərəfindən də qadağan edilib.

Bu arada amerikalı milyarder, Tesla Şirkətinin rəhbəri İlon Mask Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizədə Ukraynaya dəstək verib və bu ölkənin “Starlink” peyk internetinə çıxışını təmin edib.

Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov bu barədə deyib ki, “Starlink” xidmətləri artıq Ukrayna üçün əlçatandır. Növbəti dəfə daha çox terminallar.

Qeyd edək ki, Ukrayna baş nazirinin müavini Mixail Fyodorov “Tesla” şirkətinin rəhbəri İlon Maskdan ölkəsinin “Starlink” peyk internetinə çıxışın təmin edilməsi ilə bağlı xahiş etmişdi.

Teqlər