Moskva birjası açıldı
Rusyada rubul anti-rekord vurdu
Fev 28, 2022 12:35 Asia/Baku
Müharibə öz acı təsirlərini göstərməyə başlayıb, Moskva birjasında dollar 100 rublu keçdi.
SəhərAzəri-nin məlumatına əsasən, hazırda dollar 100,5 rubla qalxıb. Bu, tarixi maksimumdur.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması qərarından sonra ötən gündən rublla bağlı xaos yaşanır. Bəzi banklar artıq dolların kursunu fantastik dərəcədə bahalaşdırıb.
Bu arada Rusiya Mərkəzi Bankı uçot dərəcəsini gözlənilmədən 20 faiz qaldırıb.
Bununla bağlı qərar bankın Direktorlar Şurasının təcili iclasında qəbul edilib.
Məlumatda qeyd olunur ki, Rusiya Mərkəzi Bankının Direktorlar Şurası 28 fevral 2022-ci ildən uçot dərəcəsini illik 20 faiz qaldırmağa qərar verdi.