Dünyada xam neftin qiyməti artıb
https://azeri.sahartv.ir/news/dünya-i386508-dünyada_xam_neftin_qiyməti_artıb
Dünyada xam neftin qiyməti 116 dolları ötüb keçibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2022 10:40 Asia/Baku
  •  xam neftin qiyməti
    xam neftin qiyməti

Dünyada xam neftin qiyməti 116 dolları ötüb keçibdir.

SəhərAzəri-nin məlumatına əsasən, Moskvaya qarşı beynəlxalq sanksiyaların şiddətlənməsi enerji sektorunda, xüsusən xam neft təqdimi sektorunda ciddi pozuntulara səbəb olub.

ABŞ enerji təşkilatı bildirib ki, bu ölkənin xam neft ehtiyatlarının miqdarı son bir neçə ildə özünün minimum həddinə enib.

Ekspertlər deyirlər ki, əgər Ağ Ev enerji və neft və qaz ixracatı sektorunda daha çox sanksiyalar tətbiq edərsə, neft bazarlarının vəziyyəti ciddi böhranla üzləşə bilər.

Hal-hazırda dünya üzrə xam neft bazarının təqribən on faizi Rusiyanın ixtiyarındadır və Amerikanın sanksiyaları vasitəsilə Rusiyanın xam neft təqdimatında hər cür pozuntu enerji bazarını son dərəcə təsir altına ala bilər.