Mart 06, 2022 12:29 Asia/Baku
  • Vaşinqton Ukrayna faciəsindən öz maraqları naminə istifadə edir

Meksikanın “La Jornada” nəşri ABŞ-ın Ukrayna ilə bağlı siyasətini tənqid atəşinə tutub.

SəhərAzəri-nin məlumatına əsasən, nəşr yazır ki, Ağ Ev Moskvaya Ukrayna faciəsi ilə bağlı mühazirə oxumağa davam edir, bu təhlükəli vəziyyətdən istifadə edərək azadlıq və demokratiyanın qlobal müdafiəçisi kimi çıxış etməyə çalışır. Bununla belə, ABŞ eyni zamanda, əgər özünə sərf edirsə digər ölkələrin suverenlik və ərazi bütövlüyü hüququnu daim pozur.

“La Jornada” qeyd edir ki, son nəticədə Putini Ukraynada xüsusi əməliyyat keçirməyə vadar edən dramatik hadisələrdə əsas rolu Vaşinqton oynayıb.

Müəllifin fikrincə, 2014-cü ilin fevralında Ukraynada baş vermiş dövlət çevrilişi onun müasir tarixində dönüş nöqtəsi oldu və ABŞ faktiki olaraq liderliyi ələ keçirdi, o vaxtdan bəri ultramillətçilikdən ruhlanan ifrat sağçı qüvvələr Kiyevin rəsmi qərarlarına həlledici təsir göstəriblər. Nəticədə Ukraynada aktiv surətdə rusofobiya siyasəti aparılıb, bunun qurbanları isə rus və ya rusdilli əhalinin milyonlarla nümayəndəsi olub - bu, xüsusən də ölkənin şərqində və Donbasda özünü büruzə verirdi.

Məqalədə deyilir ki, hər yerdə öz maraqlarını təbliğ etməyə çalışan Vaşinqton münaqişənin gərginləşməsində mühüm rol oynayıb. Hazırda isə ABŞ prezidenti Co Bayden Qərbdə “azadlıq və demokratiya” lideri rolunu öz üzərinə götürmək üçün bu təhlükəli vəziyyətdən fəal şəkildə istifadə etməyə çalışır.

 

Teqlər