Kiyev və Xarkov rus qoşunlarının əsas hədəfidir
https://azeri.sahartv.ir/news/dünya-i386622-kiyev_və_xarkov_rus_qoşunlarının_əsas_hədəfidir
Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun Kiyev və Xarkov istiqamətində irəliləyişini dayandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2022 13:14 Asia/Baku
  • Kiyev və Xarkov rus qoşunlarının əsas hədəfidir

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun Kiyev və Xarkov istiqamətində irəliləyişini dayandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, bunu Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bildirib.

Reznikov onu da qeyd edib ki, Müəyyən istiqamətlərdə Ukrayna ordusu əks-hücumlara başlayır, düşmən onlarla texnikasını itirir, sadəcə onu atıb qaçır.

Bu arada Ukrayna hökuməti iddia edib ki, bu ölkə ordusu Rusiya tanklarına yanacaq daşıyan konvoyu dronlarla vurubdur.  

Məlumatda həmçinin qeyd olunub ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri fəal şəkildə paytaxt Kiyev səmasını qoruyur. Bu istiqamətdə, Ukrayna HHM qüvvələri tərəfindən Kiyev səmasında Rusiya hərbçiləri tərəfindən atılan iki ballistik raketin məhv edildiyi bildirilib.

Ukraynanın Müdafiə Nazirliyi müharibənin gedişində bu gün iki rus təyyarəsinin vurulduğunu iddia edib. Bildirilir ki, Qara dəniz üzərində Ukrayna hərbçiləri Rusiyanın daha bir təyyarəsini vurub. Bir təyyarənin də Xarkov səmasında vurulduğu qeyd olunur.

Digər tərəfdən Ukrayna Prezidenti Vladimir Zelenski son video-müraciətində Rusiyanın Odessanı bombalamağa hazırlaşdığını təxmin edib.