Enerji daşıyıcılarının qiyməti kəllə-çarxa çıxıb
Neftin hər bir bareli 140 dollar olub
Ukrayna müharibəsi dünya neft və qaz bazarlatını çalxalayır, Neftin qiyməti 140 dollara çatdı
SəhərAzəri-nin məlumatına əsasən, یünya bazarlarında "Brent" neftinin qiyməti 140 dollara çatıb.
Qeyd olunur ki, neft qiymətləri bu həddə çatandan sonra qismən ucuzlaşmağa başlayıb. Hazırda birjalarda "Brent" neftinin may fyuçersləri 130 dollar/barel ətrafında alınıb satılır.
Ötən həftəsonu ilə müqayisədə qiymət artımı 18 faizə bərabər olub.
Proqnozlara əsasən, Rusiyadan neft nəqlinin dayanması təqdirində "Brent" neftinin qiymətləri ilin sonunadək 185 dollaradək çata bilər.
Qeyd edək ki, neft qiymətləri 2008-ci ildə 143 dollar həddinədək çatmaqla tarixi rekordu vurmuşdu.
Digər tərəfdən Avropada qaz qiymətləri birjaların açılması ilə yenidən kəskin bahalaşıb. Hazırda min kub metr qaz 2500 dollara qalxıb.