Mart 12, 2022 11:50 Asia/Baku
  • Döyüşlər Kiyevin mərkəzindən 25 km məsafədə gedir

Ukrayna paytaxtı Kiyevin şimal-qərbində, şəhərin mərkəzindən təxminən 25 kilometr məsafədə Rusiya quru qüvvələrinin əsas hissəsi ilə döyüşlər davam edir.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, Kiyevin şimalındakı Rusiya hərbi qüvvələrinin böyük kolonu səpələnib və çox güman ki, bu, Rusiyanın şəhəri mühasirəyə almaq cəhdinə xidmət edəcək.

Məlmatda qeyd olunub ki, Xarkov, Çerniqov, Sumi və Mariupol şəhərləri mühasirədə qalır və Rusiyanın ağır atəşinə məruz qalmağa davam edir.

Digər bir xəbərdə bildirilir ki, Ukraynanın Polşadan MiQ -29 qırıcı təyyarələrinin alınmasına qadağa şəxsən ABŞ prezidenti Co Bayden tərəfindən qoyulub.

 

ABŞ-ın "The Wall Street Journal" nəşri yazır ki, Amerika prezidenti qırıcıların verilməsini qadağan etməklə Putini Ukraynadakı müharibənin daha da qızışdırılmasına təhrik etməmək məqsədini güdüb.

Bu ərəfədə Polşa öz MiQ- 29 qırıcı təyyarələrini Rusiya aviasiyasına qarşı müqavimət üçün Ukraynaya verilməsini təklif edib. Varşava ABŞ- dan bunun əvəzinə digər təyyarələrin verəcəyinə zəmanət istəyib. Lakin Ağ ev bundan imtina edib.

 Qəzet bu barədə yazır: "ABŞ rəsmilərinin məntiqinə görə zenit və tankəleyhinə silahlar rusiyalıları təhrik etməz, amma 28 təyyarənin verilməsi təhrik edə bilər. Demək, 28 daha az effektli təyyarələr üçüncü dünya savaşına gətirib çıxarar".

Xatırladaq ki, Ukrayna dəfələrlə ABŞ və NATO- dan döyüş əməliyyatları rayonları üzərində dinc əhalinin bombardmanlara məruz qalmasının qarşısının alınması üçün səmanı bağlamağı xahiş edib. Lakin alyans Rusiya ilə böyük müharibədən ehtiyat edərək bundan imtina edib.

 

Teqlər