Fransada anti-hökumət aksiyaları
Kapitalist sisteminə etiraz edənlər Fransa paytaxtında COVID-19 vaksinasiya sertifikatına qarşı da aksiya keçiriblər.
SəhərAzəri-nin məlumatına əsasən,Fransada qəbul edilən qalmaqallı qanun layihəsi ictimai yerlərdə olmaq və ya ictimai nəqliyyatla ölkənin müxtəlif bölgələri arasında səyahət etmək üçün "peyvənd sertifikatı" tələb edir.
«Şarli» tvitter qrupu şənbə günü kapitalist sistemi əleyhdarlarının Paris küçələrində keçirdikləri kütləvi aksiyanın videosunu öz tvitter hesabında yerləşdirib.
Aksiya COVID-19 vaksinasiya sertifikatının ləğv edilməsi tələbi ilə və Fransada yanacağın qiymətinin kəskin şəkildə artmasına etiraz əlaməti olaraq keçirilib.
Fransızlar Fransa prezidenti Emmanuel Makronun siyasətlərinə etiraz etmək üçün ardıcıl olaraq yüz yetmiş dördüncü şənbə küçələrə çıxıblar.