Ukrayna prezidenti NATO-nu tənqid edib
Mart 13, 2022 12:34 Asia/Baku
Ukrayna Prezidenti Vladimir Zelenski NATO-da Ukraynanın üzvlüyü ilə bağlı yekdil, razılaşdırılmış mövqeyin olmadığını deyib. Zelenski bu barədə xarici KİV üçün keçirdiyi mətbuat konfransında açıqlama verib.
SəhərAzəri-nin məlumatına əsasən, Zelenski NATO-nu onun üçün xırda olan təşəbbüsləri belə həyata keçirməməkdə ittiham edib: “Ukraynanın üzvlüyü ilə bağlı razılaşdırılmış mövqe görmürəm. Eşitmirəm. Hətta hava məkanın bağlanması mövzusunda da. NATO liderləri üçün xırda olan və ukraynalılar üçün həyati vacib olan belə məsələlərdə, hava məkanın bağlanmasında da yekdil mövqe yoxdur”,- deyə Ukrayna prezidenti bildirib.