BMT 15 martı “İslamafobiya ilə Beynəlxalq Mübarizə Günü” elan etdi
-
BMT
BMT Baş Assambleyası çərşənbə axşamı martın 15-ni “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” kimi qeyd edən qətnamə layihəsini yekdilliklə qəbul edib.
SəhərAzəri-nin məlumatına əsasən, "İRNA"nın məlumatına görə, qətnaməni İslam ölkələri təqdim edib və ona əsasən, martın 15-i Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü kimi təyin və elan edilib.
İran Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya və İndoneziya ilə birlikdə danışıqlara rəhbərlik edib və islamofobiya ilə mübarizədə qətiyyətini bir daha vurğulayıb.
Qətnamə müsəlmanlara qarşı hər hansı nifrət dolu çıxışı və zorakılığı pisləyir və tolerantlıq və sülhü təşviq etmək üçün beynəlxalq səyləri gücləndirməyə çağırır.
İran İslam Respublikasının BMT-dəki nümayəndəsi Məcid Təxt Rəvançi BMT Baş Assambleyasında etdiyi çıxışında deyib: "Bu qətnamə beynəlxalq ictimaiyyətin üzləşdiyi əsas problemlərdən biri kimi islamofobiya ilə effektiv və konstruktiv şəkildə mübarizə aparmaq əzmimizi nümayiş etdirir".