Ukrayna prezidenti Qərbdən şikayətləndi
Zelenski hamını Kiyevə çağırıb
Ukrayna prezidenti üç Qərb ölkəsinin baş naziri ilə görüşdə yenidən Ukrayna səmasının bağlanmasını xahiş edib, atəşkəs danışıqlarının isə ləng getdiyi bildirilir
SəhərAzəri-nin məlumatına əsasən, Polşa, Sloveniya və Çexiya baş nazirləri Kiyevə səfər edib və Zelenski ilə görüşüb.
Görüşdə Ukrayna lideri dehyib: "Mən Ukraynanın bütün dostlarını Kiyevə səfərə dəvət edirəm. Lakin bura təhlükəli ola bilər. Çünki səmamız hələ Rusiya raketləri və təyyarələri üçün bağlı deyil. Havada arsenalımızın gücləndirilməsi ilə bağlı qərar hələ verilməyib. Təyyarələri almamışıq."
Bu arada Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, tərəflər arasında fundamental ziddiyyətlər mövcuddur. Lakin kompromis üçün yer var.
Xatırladaq ki, Rusiya-Ukrayna danışıqlarının növbəti raundu martın 14-də başlayıb.
Mixail Podolyak bu raundda atəşkəsin əldə edilməsi, qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları haqqında məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb.
Tərəflər arasında artıq üç raund danışıqlar keçirilib, lakin tutarlı nəticələr əldə edilməyib.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün qonşu ölkəyə qarşı hücum əmri verib.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir.