Rusiya MN:
Ukraynadakı bioloji laboratoriyalar barədə yeni sənədlər ifşa ediləcək
Mart 17, 2022 13:07 Asia/Baku
Rusiya Müdafiə Nazirliyi (MN) Ukraynadan Böyük Britaniya və digər Avropa ölkələrinə külli miqdarda insan biomateriallarının aparılmasına dair yeni sənədlər təqdim edəcək.
SəhərAzəri-nin məlumatına əsasən,Rusiya MN-in rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bu barəd danışıb.
“Ukrayna ərazisindən Böyük Britaniya və digər Avropa ölkələrinə külli miqdarda insan biomateriallarının aparılması ilə bağlı yeni sənədlər təqdim olunacaq. Yaxın vaxtlarda biz bioloji laboratoriyaların ukraynalı əməkdaşlarından alınan yeni sənədlər paketini dərc edəcəyik və onların müayinəsinin nəticələrini təqdim edəcəyik”, - rusiyalı general vurğulayıb.