Zelenski qərbi sadəcə öz çıxarlarını düşünməkdə ittiham edib
Ukrayna prezidenti Volodimir Zelenski Almaniya Bundestaqda çıxışı zamanı ölkəsinin qərb dövlətləri tərəfindən müharibəyə sürüklənməsini etiraf etmiş olub
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Bundestaqında videoformatda çıxışı zamanı belə deyib: “Biz sizdən, Almaniya Bundestaqından xahiş etdik ki, müharibənin qarşısını almaq üçün hərəkət edin, sanksiyalar tətbiq edin. Lakin biz gecikmə ilə üzləşdik. Siz Rusiya ilə biznesə davam etdiniz.”
Ukrayna prezidenti çıxışına belə davam edib: “Biz Rusiyanın geniş miqyaslı müharibə istiqamətində böyük hazırlıqlar aparması barədə sizi xəbərdar edirdik. Biz sizdən soruşurduq ki, Ukrayna NATO-ya qoşulmaq üçün nə etməlidir? Lakin bizə cavab verilmirdi və deyilirdi ki, bu, mümkün deyil”.
Zelenski “Şimal axını -2” layihəsi barədə də qərbin sadəcə öz iqtisadi çıxarlarını düşündüyünü xatırladıb: “Biz xəbərdarlıq edirdik ki, “Şimal axını -2” silahdır. Cavabı isə belə olurdu ki, bu iqtisadiyyatdır, biznesdir”, - Ukrayna Prezidenti qeyd edib.