Mart 18, 2022 11:03 Asia/Baku
  • Rusiyalı deputat: Bayden ABŞ-ı “Titanik” kimi batıracaq

Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet deyib ki, ABŞ Prezidenti Co Baydenin Ukraynaya yardımı Rusiyaya qarşı hücumdur.

SəhərAzəri-nin məlumatına əsasən, Şeremet bildirib: "Bayden daha bir antirusiya hücumu edir, ölkəsini iqtisadi və siyasi çöküşə yaxınlaşdırır. Birləşmiş Ştatlar Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində həll edilməyən problemlərdən ibarət aysberqlə üzləşəcək. Bayden getdikcə daha çox ABŞ adlı layneri qəti ölümə aparan “Titanik” kapitanını xatırladır".

Onun sözlərinə görə, Bayden düşmənçilik və təcavüzkar siyasəti ilə bütün Amerika xalqının rifahını təhlükə altına qoyur: “Ukraynadakı “xüsusi əməliyyat” Kiyev rejimi və onun qərbli ağaları nə qədər müqavimət göstərsələr də, başa çatacaq”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, Bayden ABŞ-ın bu həftə Ukraynaya 1 milyard dollarlıq müdafiə yardımı edəcəyini bildirib. 

Teqlər